Azərbaycan sərbəst güləşçiləri Bolqarıstanda daha 3 medal qazanıb

Azərbaycan sərbəst güləşçiləri Bolqarıstanın Veliko Tırnovo şəhərində Dan Kolov – Nikola Petrovun xatirəsinə keçirilən beynəlxalq turnirin üçüncü yarış günündə bir dəst medal qazanıb.

“Report”un məlumatına görə, 74 kq çəki dərəcəsində final görüşündə Cəbrayıl Hacıyev və Turan Bayramov üz-üzə gəlib. 3:1 hesablı qələbəyə imza atan Hacıyev qızıl medala yiyələnib. Bayramov isə gümüş medal əldə edib.

Bürünc medala 57 kq çəkidə Əliabbas Rzazadə sahib çıxıb. Rzazadə 3-cü yer uğrunda görüşdə ABŞ təmsilçisi Niko Provonu 45 saniyəyə tam üstünlüklə məğlub edib – 10:0.

Bu çəkidəki digər güləşçi Əfqan Xaşalov yarımfinalda hindistanlı Aman Amanla qarşılaşmada zədələndiyi üçün görüşü məğlub başa vurub.

Qeyd edək ki, xatirə turnirinin ikinci yarış günündə sərbəst güləşçi Osman Nurməhəmmədov (92 kq) və qadın güləşçi Elis Manolova (65 kq) bürünc medal qazanıb. Bu gün isə Abubakr Abakarov (86 kq) finala, Orxan Abasov (86 kq), Məhəmmədxan Məhəmmədov (97 kq) və Rahid Həmidli (125 kq) bürünc medal bürünc medal görüşünə vəsiqə əldə edib.

ƏvvəlkiG7 ölkələri Ukraynaya dair birgə bəyanatla çıxış ediblər
Növbəti“Pekin-2022”: Çin yığması medal sıralamasında ABŞ-ı qabaqlayaraq üçüncü yerə yüksəlib