Azərbaycan Rusiyaya 36 ton yumurta ixrac edib

Azərbaycandan Rusiyaya 36 ton yumurta ixrac edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Bildirilib ki, dekabrın 19-da “Yaraq-Kazmalyar” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) yumurta gətirilib. Qeyd olunub ki, bu barədə razılıq “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında bu ilin noyabrında aparılan danışıqlar zamanı əldə edilib.

ƏvvəlkiATƏT-in DTİHB-in Ehtiyacların Qiymətləndirilməsi Missiyasının nümayəndələri Xarici İşlər Nazirliyində olub
NövbətiAzərbaycanın bir sıra qeyri-maddi mədəni irs nümunələri İslam Dünyası İrs Siyahısına daxil edilib