Azərbaycan Quşçular Cəmiyyəti ölkədə yumurta qıtlığının olması barədə iddialara münasibət bildirib

“Hazırda Azərbaycanda yumurtaya təlabat digər vaxtlarla müqayisədə 5-6 dəfə çoxdur”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev ölkədə yumurta qıtlığının olması barədə iddialara münasibət bildirərkən deyib.

“Tələbatın kəskin artması mövsümi xarakter daşıyır. Bu kimi hallar ildə 2dəfə olur. Ara-sıra həm yumurtaya, həm də quş ətinə kəskin tələbat yaranır. İstehsal həcmi isə eyni səviyyədə qalıb. Hazırda onun artırılması istiqamətində iş aparılır”, – cəmiyyətin sədri qeyd edib.

Əvvəlkiyumurta
NövbətiMilli Məclis “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib