Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri noyabrın 23-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, Belqrad şəhərinin “Nikola Tesla” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Serbiya Prezidenti Aleksandar Vuçiç yola saldı.

ƏvvəlkiPaşinyan KTMT sammitinin bəyannaməsini imzalamaqdan imtina edib
NövbətiAzərbaycandan xarici bazarlara meyvə ixracı artıb