Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Səmərqənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşıladılar.

ƏvvəlkiHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub
NövbətiAzərbaycanın birinci xanımı Mehriban Əliyeva Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva ilə görüşüb