Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Pakistana rəsmi səfəri başlayıb

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Asim Munirin dəvəti ilə mayın 23-də bu ölkəyə rəsmi səfərə gedib.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində general-polkovnik K.Vəliyevin Pakistanın hərbi rəhbərliyi ilə görüşü, həmçinin bir sıra hərbi təyinatlı müəssisələrə ziyarəti nəzərdə tutulub.

ƏvvəlkiQayanada üçgünlük matəm elan edilib
NövbətiMayın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub