Qayanada üçgünlük matəm elan edilib

Qayana Prezidenti Mohamed İrfaan Ali məktəb yataqxanasında baş verən yanğında 19 uşağın ölümündən sonra üçgünlük matəm elan edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Xahiş edirəm ki, biz millət olaraq növbəti üç günü bu uşaqlar, onların yaxınları və ictimaiyyət üçün dualara həsr edək”, – mətbuat xidməti Prezidentin sözlərini sitat gətirib.

Yanğın Madiya şəhərində orta məktəbin yataqxanasında bazar ertəsi gecə baş verib. Rəsmi məlumata görə, 18 qız və bir oğlan faciənin qurbanı olub. Yanğınsöndürmə xidməti hesab edir ki, hadisə yandırma nəticəsində baş verib. Cavabdeh şəxslər hələ müəyyən edilməyib.

ƏvvəlkiTürkiyə prezidenti seçkilərində xaricdə səsvermədə iştirak edənlərin sayı 1 milyon 400 mini ötüb
NövbətiAzərbaycan Ordusunun Baş Qərargah rəisinin Pakistana rəsmi səfəri başlayıb