Azərbaycan Ordusunun atəşi nəticəsində guya Ermənistan hərbçisinin yaralanması həqiqətə uyğun deyil

Azərbaycan Ordusunun atəşi nəticəsində guya Ermənistan hərbçisinin yaralanması həqiqətə uyğun deyil.

Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 28-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

Qeyd edək ki, bu gün Ermənistan KİV-ində guya Azərbaycan Ordusunun Ermənistan istiqamətində atəş açdığı və atəş nəticəsində bir erməni hərbçisinin yaralanması barədə məlumatlar yayılmışdı.

Əvvəlkiİstanbulda Vətən müharibəsinin başlamasının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
NövbətiSon sutkada Azərbaycanda koronavirus infeksiyasından 2114 nəfər sağalıb