Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 1-də 95,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,07 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 93,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,01 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 4,37 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 92,58 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 4,1 dollar/barel azdır.

ƏvvəlkiBalıq körpələri təbii su hövzələrinə buraxılacaq
NövbətiFüzuli hava limanında ilk dəfə “ASAN Viza” sistemi vasitəsilə vizalar rəsmiləşdirilib