Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 9-da 61,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,58 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,58 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 60,6 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,69 dollar/barel çoxdur.

ƏvvəlkiPolis işğaldan azad edilən ərazilərdə fəaliyyətini davam etdirir
Növbəti“Yeddi gözəl” Moskva səhnəsində