Azərbaycan icmasının fəalları BMT-nin mənzil-qərargahı önündə aksiya keçirirlər

ABŞ-nin Nyu-York şəhərində yaşayan Azərbaycan icmasının fəalları BMT-nin mənzil-qərargahı önündə aksiya keçirirlər.

“Report”un ABŞ bürosu xəbər verir ki, aksiya Ermənistanın guya Azərbaycanın Laçın yolunu bağlamaqla “humanitar böhran” yaratdığına dair iddialarına etiraz məqsədi ilə baş tutub.

Əllərində Azərbaycan bayraqları və plakatlarla əraziyə gələn aksiya iştirakçıları BMT Təhlükəsizlik Şurasından ədalət tələb edirlər.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın müraciəti ilə Laçın yolunu müzakirə etmək üçün təcili iclas keçirir.

Sessiyada Azərbaycanı ölkənin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təmsil edəcək.

ƏvvəlkiDaha 18 ailə Laçında öz evinin açarını təhvil alıb
NövbətiHikmət Hacıyev: “Azərbaycana hərbi dəstəyi məhdudlaşdırmaq cəhdləri ABŞ Konqresinin nümayəndələri tərəfindən edilib”