Azərbaycan güləşçisi karyerasında ilk dəfə dünya çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Oslodakı dünya çempionatında final görüşünə çıxıb.

“Report”un məlumatına görə, 82 kq çəki dərəcəsindəki idmançı türkiyəli Burhan Akbudakla qüvvəsini sınayıb.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı karyerasında ilk dəfə dünya çempionu olub.

ƏvvəlkiTəhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 17 orta ixtisas təhsili müəssisəsi publik hüquqi şəxs statusu alıb
NövbətiAzərbaycan və Slovakiya spikerlərinin birgə brifinqi keçirilib