Azərbaycan güləşçisi erməniyə qalib gələrək dünya üçüncüsü olub

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal görüşünə çıxıb.

“Report”un məlumatına görə, 63 kq-da yer alan idmançı ermənistanlı Qraçya Poqosyanla qarşılaşıb.

Rəqibi üzərində 10:4 hesablı qələbə qazanan Məmmədov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

ƏvvəlkiAzərbaycan Prezidenti III Çarlzı təbrik edib
NövbətiAzərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının katibi ilə görüşüb