Azərbaycan güləşçisi Avropa çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında final görüşünə çıxıb.

AZƏRTAC xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada rusiyalı Rustem Abatsiyevi sınağa çəkib. Rəqibinə 7:4 hesabı ilə qalib gələn Turan Daşdəmirov qitə çempionu olub.

ƏvvəlkiNaxçıvanda STEAM Mərkəzinin açılışı olub
Növbətiİtaliya Senatında Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki mina probleminə dair konfrans keçirilib