Azərbaycan “D-8″ə qoşulmaq üçün müraciət edib

Azərbaycan “D-8″ə qoşulmaq üçün müraciət edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Türk Dövlətləri Təşkilatını qlobal aktora çevirməliyik. Biz “D-8″i “D-20″yə çevirməliyik”, – deyə nazir qeyd edib.

Qeyd edək ki, “D-8” (İslam səkkizliyi) təşkilatı Banqladeş, Misir, Nigeriya, İndoneziya, İran, Malayziya, Pakistan və Türkiyə arasında əməkdaşlığın inkişafı üzrə beynəlxalq təşkilatdır.

ƏvvəlkiMilli Məclisin sədri MDB PA-nın Şura iclasında iştirak edib
NövbətiPrezident İlham Əliyevin Bosniya və Herseqovinanın lideri ilə görüşü olub