Azərbaycan bu il Gürcüstandan 10 mindən çox avtomobil idxal edib

Bu ilin yanvar-aprel aylarında Gürcüstandan Azərbaycana 69,9 milyon ABŞ dolları dəyərində 10 456 ədəd minik avtomobili ixrac olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, illik müqayisədə avtomobillərin sayında 2 270 ədəd və yaxud 27,7 % artım qeydə alınıb.

Hesabat dövründə Gürcüstandan ümumi dəyəri 125 milyon 357,1 min ABŞ dolları olan avtomobil ixrac edilib ki, bu da ötən ilin eyni göstəricisindən 10,7 % azdır.

ƏvvəlkiBu gün futbol üzrə Azərbaycan çempionu müəyyənləşəcək
NövbətiMayın 18-də keçirilən hərracda 50 dövlət əmlakı özəlləşdirilib