Azərbaycan Avropa İttifaqı ölkələrinə məhsul ixracını artırıb

Yanvar-aprel aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 7 milyard 558,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 milyard 248,8 milyon dollar çoxdur.

Dörd ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 639 milyon dollara yaxın olub.

ƏvvəlkiSəhiyyə Nazirliyi “meymun çiçəyi” ilə bağlı açıqlama yayıb
NövbətiAzərbaycanla Özbəkistan qarşılıqlı turizm əlaqələrini genişləndirir