Azərbaycan 3 erməni hərbçinin cəsədini Ermənistana təhvil verib

Azərbaycan noyabrın 16-da Ermənistanın dövlət sərhədində törətdiyi təxribat zamanı məhv edilən erməni hərbçilərdən üçünün cəsədini qarşı tərəfə verib.

Bunu Trend-ə açıqlamasında Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, cəsədlər bu gün axşam saatlarında Ermənistan tərəfə verilib. Onlar Azərbaycan-Ermənistan sərhədində təhvil alınıb.

ƏvvəlkiCeyhun Bayramov Azərbaycan-Rusiya Ekspert Şurasının üzvləri ilə görüşüb
NövbətiPrezident İlham Əliyev yeni Biləcəri lokomotiv deposunun açılışında iştirak edib