Azər Telekomun rəhbər şəxsləri mühüm tədbirinin spikeri oldu

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi Azər Telekom (AzerTelecom) şirkətinin rəhbər şəxsləri 26-29 oktyabr tarixlərində Bakıda “İnnovasiya Həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində keçirilmiş “Global İnfluencer Day” təbirində spiker və ekspert-moderator qismində iştirak etməkdən məmnunluğunu bildirib.

Axar.az xəbər verir ki, tədbirin rəsmi hissəsinin spikeri Azər Telekom şikətinin Korporativ Ünsiyyət üzrə rəhbəri Ceyhun Əli olub. Tədbir çərçivəsində Blokçeyn texnologiyaları mövzusunda təşkil olunmuş panel müzakirəsi Azər Telekom şirkətinin Kommersiya məsələləri üzrə baş direktoru, Blokçeyn sahəsində mütəxəssis Samir Nuriyev tərəfindən aparılıb və bu texnologiya haqqında ətraflı məlumat verilib. Samir Nuriyev Blokçeyn texnologiyasının iqtisadiyyatın müxtəlif sahələrdə istifadəsi, texnologiyanın üstünlükləri, Azərbaycanda bank sferasında Blokçeyndən istifadə barədə danışıb. Panel müzakirələrində iştirak edən qonaqlar – respublikamızda müxtəlif aparıcı bankların rəhbərləri öz növbələrində Blokçeynin ölkəmizdə tətbiqi ilə bağlı ətraflı məlumat veriblər, müxtəlif təkliflər səsləndiriblər.

“Global İnfluencer Day” tədbiri Google, Facebook, Oculus, Gezimania, Vispera, Vogue, Booking.com, Joi və digər dünya miqyasında tanınmış şirkətlərin nümayəndələrini, influencer, biznes və brend sahiblərini Bakıda bir araya toplayıb. Tanınmş spikerlər influencer marketinq, data marketinq, elektron kommersiya və Blokçeyn texnologiyası və digər sahələr barədə faydalı fikir mübadiləsi aparıblar. Tədbirdə həmçinin süni intellekt (AI) əsasında hazırlanmış humanoid robot Sofia da çıxış edib.

Qeyd edək ki, “Global İnfluencer Day” tədbiri “Keepface DMCC” və “FA International Trade Events” tərəfindən təşkil olunub.

Azər Telekom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

Əvvəlkiİlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
NövbətiSosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi İmişli rayonunda aztəminatlı ailələr üçün 3-cü və 4-cü seminarlarını da keçirdi