Azərbaycanda koronavirusdan 217 nəfər sağalıb, 576 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 217 nəfər müalicə olunaraq sağalıb, 576 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 238 min 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 230 min 461 nəfər müalicə olunaraq sağalıb, 3268 nəfər vəfat edib. Aktiv xəstə sayı 5230 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 690 min 711 test aparılıb. Bugünkü test sayı isə 8595-dir.