Azərbaycanda koronavirusa 1196 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2162 nəfər müalicə olunaraq sağalıb, 1196 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 319 min 109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 289 min 460 nəfər müalicə olunaraq sağalıb, 4517 nəfər vəfat edib. Aktiv xəstə sayı 25132 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 241 min 186 test aparılıb. Bugünkü test sayı isə 11319-dur.