Azərbaycanda koronavirus infeksiyasına daha 3169 yoluxma faktı qeydə alınıb, 1404 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 3169 yoluxma faktı qeydə alınıb, 1404 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 87 min 163 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 60 min 869 nəfər müalicə olunaraq sağalıb, 1079 nəfər vəfat edib. Aktiv xəstə sayı 25215 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 576 min 60 test aparılıb. Bugünkü test sayı isə 13618-dir.