Dəyirmi Masada layihə barədə məlumat verilib

Dəyirmi Masa keçirildi. Dəyirmi Masada layihənin rəhbəri Pərvanə Talıbova layihənin məzmunu və məqsədi haqqında məlumat verdi. Ekspert Taleh Əliyev çıxış edərək layihənin ən vacib problemin həlli yollarının araşdırılmasına həsr olunduğundan danışdı və bu layihənin növbəti illərdə davamlı olmağını vurğuladı. Fəlsəfə Doktoru, Təhsil Eksperti Məlahət Mürşüdlü  peşə seçimini ibtidai siniflərdən aşılanmasını məsləhət gördü. Bu zaman şagirdlərin qabiliyyət və bacarıqlarının yönləndirilməsinin daha asan olduğunu qeyd etdi. Təlimçi Nüşabə Mehtiyevanın çıxışında əvvəlki illərin layihələrinin bu günlə səsləşdiyini qeyd edərək bu layihənin də çox səmərəli və vacib olduğunu qeyd etdi. Zəngilan rayon 26 saylı məktəbin direktor müavini Flora Kəbirova nümunəlrlə peşə seçiminin icma siniflərinin köməyi ilə aşılanmasının vacibliyindən danışdı. 35 Saylı məktəbin ingilis dili metod birləşmə rəhbəri, kurikulum təlimçisi Sədaqət Məmmədovanın təklifləri də maraqla qarşılandı. Gənc müəllimlərin də çıxışları və təklifləri maraqla qarşılandı. Nəticədə ictimaiyyətə layihə haqqında geniş məlumat verildi, görüləcək işlər barədə Dəyirmi Masa iştirakçıları məlumatlandırıldı.

 

20.08.2020- 31.10.2020- ci ilədək müəllim, şagird və valideynlər üçün təlimlər keçiriləcək. Təlimlərin həm canlı, həm də onlayn keçirilməsi nəzərdə tutulub.

Bu gün 14.09.2020- ci il saat 18:00- da birinci təlim keçirildi. Mövzu:7.1. Giriş. Sənədlər

7.1.1. Diaqnostik sorğunun keçirilməsi

7.1.2. Peşə təhsili nədir? Peşə təhsilinin əhəmiyyəti

7.1.3. Peşə təhsili haqqında qəbul olunmuş sənədlər.

Azərbaycan Respublikasında peşə təhsili və təliminin

inkişafına dair Strateji Yol Xəritəsi. Mexanizmləri

Təlim həm canlı, həm də Zoom ilə keçirildi.Təlimdə müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər. Diaqnostik sorğu keçirildi. Peşətəhsilinə aid dövlət sənədləri haqqında məlumat verildi.Təlimdə araşdırılan suallara cavablar verildi.  Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi və mexanizmləri müzakirə edildi

 

Link:Parvana Talibova is inviting you to a scheduled Zoom meeting.

Topic: Parvana Talibova’s Personal Meeting Room

Join Zoom Meeting

https://us04web.zoom.us/j/2343861224?pwd=MUJhdDBnaVQ3YjVkQmZraVBKc0ZrUT09

Meeting ID: 234 386 1224

Passcode: 947262

Bu gün 15.09.2020- ci il saat 18:00- da ikinci təlim keçirildi. Mövzu:7.2. Peşə təhsili

7.2.1. Peşə təhsilinin növləri

7.2.2. Peşə Təhsilinin üstünlükləri

7.2.3. Peşə təhsil müəssisələri

Təlimdə həm Zəngilan rayon,  həm də Bakı şəhər ümumtəhsil məktəblərinin,müəllim, şagird və valideynləri iştirak etdi. Təlimə Quba rayon  məktəbinin müəllimi Səltənət Qarayeva, Ağdaş rayon müəllimi Amalya xanım da onlayn qoşulmuşdu. Təhsil eksperti, Fəlsəfə Doktoru Məlahət Mürşüdlünün birinci təlimdə qoyduğu sual ” Yaxınlarınız indiki peşələrini seçməsəydilər, nəçi olardılar” sualı iştirakçıların hamısı tərəfindən cavablandırıldı. Təlimçi Nüşabə Mehtiyeva Peşə təhsilinin növləri, Peşə Təhsilinin üstünlükləri, Peşə təhsil müəssisələri haqqında geniş məlumat verdi.

Təlim həm canlı, həm də Zoom ilə keçirildi.

 

Link:Parvana Talibova is inviting you to a scheduled Zoom meeting.

Topic: Parvana Talibova’s Personal Meeting Room

Join Zoom Meeting

https://us04web.zoom.us/j/2343861224?pwd=MUJhdDBnaVQ3YjVkQmZraVBKc0ZrUT09

Meeting ID: 234 386 1224

Passcode: 947262

Bu gün 21.09.2020-ci ildə üçüncü təlim həyata keçirildi.

7.3. İcma sinifləri

7.3.1. İcma sinifləri nədir? Vəzifəsi. Əhəmiyyəti

7.3.2. İcma siniflərinin yaradılmasının məqsədi

7.3.3. İcma siniflərinə kimlər üzv ola bilər?

7.3.4. İcma siniflərinin proqramının və planının hazırlanması

Təlimdə müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər. Təlimdə araşdırılan – . İcma sinifləri nədir? Vəzifəsi, Əhəmiyyəti, İcma siniflərinin yaradılmasının məqsədi, İcma siniflərinə kimlər üzv ola bilər?

İcma siniflərinin proqramının və planının hazırlanması suallarına  cavablar verildi.

 

Bu gün 22.09.2020- ci ildə dördüncü təlim həyata keçirildi.

7.4. İcma siniflərinin yaradılması

7.4.1. İcma əsaslı valideyn asosassiyasının yaradılması

7.4.2. Müəllim və valideynlərin peşə seçimində rolu

7.4.3. Şagirdlərin peşə seçiminə cəlb olunmasında icma siniflərinin rolu

İcma sinifləri nədir? Vəzifəsi. Əhəmiyyəti

Təlim həm canlı, həm də Zoom ilə keçirildi.Təlimdə müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər.”İcma siniflərinin yaradılması, İcma əsaslı valideyn asosassiyasının yaradılması,

Müəllim və valideynlərin peşə seçimində rolu, İcma sinifləri nədir? Vəzifəsi. Əhəmiyyəti” mövzuları müzakirə edildi.

 

Bu gün 06.10.2020              7.6. Peşə seçiminin rolu

7.6.1. Peşə seçiminin şagirdin gələcək həyatında rolu

7.6.2. Peşə seçimində müasir texnologiyanın rolu

7.6.3. Peşə seçimində əməkdaşlıq

Təlim həm canlı, həm də Zoom ilə keçirildi.

Təlimdə müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər.”Peşə seçiminin rolu, Peşə seçiminin şagirdin gələcək həyatında rolu, Peşə seçimində müasir texnologiyanın rolu, Peşə seçimində əməkdaşlıq” mövzuları geniş müzakirə edildi.

 

12.10.2020              7.7. Peşə təhsili və inteqrasiya

7.7.1. Digər ölkələrin peşə təhsili sistemi ilə Azərbaycanın

peşə təhsili sistemi arasındakı fərq

7.7.2. Beynəlxalq peşə təcrübənin üstün cəhətlərinin

öyrənilməsi

Təlim həm canlı, həm də Zoom ilə keçirildi.Təlimdə müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər.”Peşə təhsili və inteqrasiya, Digər ölkələrin peşə təhsili sistemi ilə Azərbaycanın peşə təhsili sistemi arasındakı fərq, Beynəlxalq peşə təcrübənin üstün cəhətlərinin öyrənilməsi” mövzuları” müzakirə olundu. Maraqlı keçən təlimdə maraqlı fikirlər söylənildi. Fərqli və oxşar cəhətlər  aşkar edildi

 

13.10.2020              7.8. Uğurlu peşə seçimi

7.8.1. Əmək bazarının tələblərinə uyğun Peşə təhsil

müəssisəsinin seçilməsi

7.8.2. Ölkəmizin inkişafında Peşə təhsilinin rolu

7.8.3. Peşə təhsilli məhşurları tanıyaq

Təlim həm canlı, həm də Zoom ilə keçirildi.

Təlimdə müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər.”Uğurlu peşə seçimi, Əmək bazarının tələblərinə uyğun Peşə təhsil müəssisəsinin seçilməsi, Ölkəmizin inkişafında Peşə təhsilinin rolu, Peşə təhsilli məhşurları tanıyaq” mövzularının müzakirəsi maraqlı oldu.

 

19.10.2020              7.9. Azərbaycanın iqtisadi siyasəti və peşə təhsili

7.9.1. Qeyri- neft sektorunun inkişafında peşə sənətinin rolu

7.9.2. Turizmin inkişafında peşə sənətinin rolu

7.9.3. Beynəlxalq ticari əlaqədə peşə sənətinin rolu

Təlim həm canlı, həm də Zoom ilə keçirildi.

Təlimdə müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər.” Azərbaycanın iqtisadi siyasəti və peşə təhsili, Qeyri- neft sektorunun inkişafında peşə sənətinin rolu, Turizmin inkişafında peşə sənətinin rolu, Beynəlxalq ticari əlaqədə peşə sənətinin rolu” mövzuları müzakirə edildi.

 

20.10.2020              7.10. Peşə təhsili və mənəvi irsimiz

7.10.1. Ailədən gələn peşə qabiliyyəti

7.10.2. Peşə seçimini necə qorunması və nəsildən nəsilə ötürülməsi

7.10.3. Peşə seçiminin tariximizin və mədəniyyətimizin  qorunmasında rolu

7.10.4. Yekun sorğu

Bu gün sonuncu təlim keçirildi.Təlim həm canlı, həm də Zoom ilə keçirildi.

Təlimdə müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər. Təlimdə  “Ailədən gələn peşə qabiliyyəti, Peşə seçimini necə qorunması və nəsildən nəsilə ötürülməsi, Peşə seçiminin tariximizin və mədəniyyətimizin qorunmasında rolu” mövzusunda müzakirə aparıldı. Təlimdə əldə olunan məlumatların refleksiyası məqsədi ilə yekun sorğu keçirildi.

ƏvvəlkiFransanın Mərakeşdəki Baş Konsulu intihar edib
NövbətiAzərbaycanda koronavirus infeksiyasına daha 3169 yoluxma faktı qeydə alınıb, 1404 nəfər sağalıb