Azərbaycanda koronavirus infeksiyasına daha 3086 yoluxma faktı qeydə alınıb, 1781 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 3086 yoluxma faktı qeydə alınıb, 1781 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 149 min 765 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 90 min 278 nəfər müalicə olunaraq sağalıb, 1675 nəfər vəfat edib. Aktiv xəstə sayı 57812 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 847 min 191 test aparılıb. Bugünkü test sayı isə 10190-dır.