Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının ümumi sayı 9 milyon 200 minə yaxındır

Oktyabrın 18-də Azərbaycanda 591 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 190, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 401 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 195 min 23, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 964 min 341, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 230 min 682 nəfər təşkil edir.