Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 176 min 634-dür

Martın 9-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 63 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində ikinci doza üzrə vurulan vaksinlərin sayı 26, üç və daha çox doza vaksinlərin sayı – 29, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 8-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 176 min 634, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 309 min 703, ikinci mərhələ üzrə 4 milyon 796 min 500, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 855 min 817, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 214 min 614-dür.