Cənubi Koreyanın yeni prezidenti seçilib

Cənubi Koreyada aparıcı müxalifət Vətəndaş Qüvvələr Partiyasından olan prezidentliyə namizəd Yoon Suk-yeol seçkilərdə qalib gəlib.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Onun əsas rəqibi hakim Toburo Demokratik Partiyasından olan Li Jae-myunq məğlubiyyətini etiraf edib.

Koreya Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin 98%-i hesablanıb. Seçicilərin 48,5%-i Yoon Suk-yeola, 47,8%-i Li Jae-myunqa səs verib.

ƏvvəlkiAzərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 176 min 634-dür
NövbətiPrezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib