Azərbaycan Texniki Universiteti ilə TUSAŞ arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Türk Aviasiya və Kosmos Sənayesinin (TUSAŞ) nümayəndələri ilə görüşüb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə universitet-sənaye işbirliyi çərçiviəsində TUSAŞ-la əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.

Daha sonra TUSAŞ nümayəndə heyəti AzTU-da aparılan yenidənqurma işləri ilə tanış olub.

Qonaqlar universitetin laboratoriya və auditoriyalarına da baxış keçiriblər.