Azərbaycan neftinin qiyməti 74 dolları ötüb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barrelinin qiyməti 0,66 dollar və yaxud 0,90% artıb.

“Report” xəbər verir ki, “Azeri LT CIF” markalı neftin qiyməti 74,08 dollar/barrelə bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.