Avropa Şurası dəftərxanasının 9 işçisi koronavirusa yoluxub

Avropa Şurası dəftərxanasının işçisində yeni növ koronavirus aşkarlanıb, təşkilat virusun yayılmasının qarşısını almaq üçün tədbirlər görüb.

Türk.az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Daniel Holtgen məlumat verib.

“Bu ana qədər əməkdaşlarımız arasında doqquz təsdiqlənmiş yoluxma halı qeydə alınıb, onlardan 8-i artıq yoluxucu deyil. Koronavirusa yoluxma şübhəsi olan insanların əksəriyyəti də yoluxmamışdı və onlarla təmasda olanların əksəriyyəti artıq karantindən çıxıb. Hansısa həmkarımızın xəstəxanaya yerləşdirilmək ehtiyacı olduğuna dair məlumat yoxdur”, – o deyib.

D.Holtgen bildirib ki, hazırda Avropa Şurasının binalarında işçilərin fiziki iştirakı minimuma endirilib və katiblik təşkilatın mandatını yerinə yetirmək üçün yüksək səviyyədə iş davamlılığını təmin edərək yeni iş üsullarına yaxşı uyğunlaşıb. O, kadrların 80-87%-nin məsafədən işlədiyini də söyləyib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dünən yaydığı kommünikeyə əsasən, AŞPA sədri Hendrik Dams, sədr müavinləri və siyasi qrupların rəhbərləri və milli nümayəndə heyətlərinin daxil olduğu Daimi Komitənin nümayəndələri aprelin 30-da təşkilata üzv ölkələrdə koronavirus pandemiyası ilə mübarizəni, bu vəziyyətdə vətəndaşların azadlıqlarına qoyulan məhdudiyyətləri, eləcə də assambleyanın yayda keçiriləcək sessiyasının gündəliyini müzakirə edəcəklər. İlkin plana görə, bu, iyunun 22-dən 26-dək keçirilməlidir.

ƏvvəlkiBakıda qadına qarşı soyğunçuluq edildi
NövbətiAzərbaycanın Milli Qəhrəmanının valideynləri Prezidentə təşəkkür etdilər