Bakıda qadına qarşı soyğunçuluq edildi

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Türk.az-ın xəbərinə görə, hadisə aprelin 21-də Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəlldlü, əvvəllər məhkum olunmuş İlqar Paşayev 1988-ci il təvəllüdlü E.İbadovaya qarşı soyğunçuluq edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Paşayev aprelin 16-da yaşadığı ünvanın yaxınlığında tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

ƏvvəlkiÖtən gün karantini pozan 967 sürücü cərimələndi
NövbətiAvropa Şurası dəftərxanasının 9 işçisi koronavirusa yoluxub