Avropa Parlamentinin internet saytı “DDOS”-hücuma məruz qalıb

Avropa Parlamentinin saytına bir müddət əvvəl “DDOS”-hücumu səbəbindən daxil olmaq çətinləşmişdi.

Trend xəbər verir ki, bunu çərşənbə günü özünün “Twitter” səhifəsində Avropa Parlamentinin nümayəndəsi Jaume Duk yazıb.

“Kənardan Avropa Parlamentinin saytına daxil olmaq şəbəkə trafikinin yüksək səviyyədə olması səbəbindən çətindir”, – deyə J.Duk bildirib.

Onun sözlərinə görə, Avropa Parlamentinin mütəxəssisləri bu problemi aradan qaldırmaq üçün çalışırlar.

ƏvvəlkiEmin Sabitoğlunun anadan olmasının 85 illiyinə həsr olunmuş tədbir təşkil olunub
Növbəti“Dağlıq Qarabağ münaqişəsi: Tarixi və siyasi perspektivlər” adlı kitabın təqdimatı olub