Avropa Parlamenti qarət edilib

Koronavaris pandemiyası səbəbindən Avropa Parlamentinin binasında olmayan deputatların otaqları qarət edilib.

“Report” xəbər verir ki, bu barədə “Politico”nəşri məlumat yayıb.

Qeyd olunub ki, oğrular azı 50 deputatın notebookunu aparıblar.

Bildirilib ki, deputatlar pandemiya səbəbindən Brüssel şəhərindən kənarda olublar.

İki notebooku oğurlanan almaniyalı millət vəkili Niko Semsrott hadisəni böyük qalmaqal adlandırıb:

“Hadisəni ört-basdır etməyə çalışırlar. Əminik ki, onlar hər şeyimizə baxıblar”.

Avropa Parlamentinin nümayəndəsi bildirib ki, hadisə aprel ayında baş verib. Bundan sonra ərazidə keşik çəkən təhlükəsizlik qüvvələrinin sayı artırılıb.

ƏvvəlkiAzTV-nin baş redaktoru COVID-19-dan vəfat etdi
NövbətiElektrik qatarları həftəsonu hərəkətdə olmayacaq