Belçika polisi Avropa Parlamentinin binasında axtarış aparıb

Belçika polisi Avropa Parlamentinin sədr müavini Eva Kaylinin və daha üç nəfərin həbsinə səbəb olan korrupsiya ilə bağlı araşdırma çərçivəsində Parlamentin binasında axtarış aparıb.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

Belçika federal prokurorluğunun məlumatına görə, bu, dörd gün ərzində artıq 20-ci axtarışdır.

Xatırladaq ki, Eva Kayli Belçikanın paytaxtı Brüsseldə cari dünya çempionatı ilə əlaqəli korrupsiya işi ilə bağlı saxlanılmışdı. Daha öncə Belçika prokurorluğu polisin böyük xüsusi əməliyyat keçirməsi, bu əməliyyat zamanı keçmiş Avropa Parlamentinin deputatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti də daxil olmaqla, 4 nəfərin saxlanıldığı barədə məlumat yaymışdı.

ƏvvəlkiVladimir Putin İlham Əliyevə zəng edib
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 9 yoluxma faktı qeydə alınıb