Avropa Mərkəzi Bankı inflyasiya təzyiqi fonunda əsas faiz dərəcəsini yenidən artırıb

Avropa Mərkəzi Bankı (ECB) bu il ikinci dəfə əsas faiz dərəcəsini artırıb. Bankların və əmanətçilərin maliyyə şərtləri baxımından mühüm göstərici hesab olunan depozit faizi 2,25 faizdən 2,5 faizə yüksəldilib.

AZƏRTAC xəbər verir ki, bankın prezidenti Kristin Laqardın sözlərinə görə, Yaxın Şərqdəki münaqişə inflyasiya təzyiqini artırmaqda davam edir və qiymət artımının ECB-nin hədəfindən daha uzun müddət yüksək qalacağı gözlənilir. O, iqtisadi perspektivin yüksək qeyri-müəyyənliklə müşayiət olunduğunu bildirib.

Avrozonada inflyasiya avqustda 3,3 faiz təşkil edib. Bu, 2023-cü ilin sentyabrından bəri ən yüksək göstəricidir və ECB-nin ortamüddətli 2 faiz hədəfindən xeyli yüksəkdir.

ECB-nin proqnozuna görə, Avrozonada inflyasiya 2026-cı ildə 3 faiz, gələn il 2,5 faiz, 2028-ci ildə isə 2,1 faiz olacaq.

ƏvvəlkiCeyhun Bayramov: COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir
NövbətiAzərbaycan Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində iştirak edir