AVRO-2020: Türkiyə millisinin geniş heyəti açıqlandı

Futbol üzrə Türkiyə milli komandasının Avropa çempionatı üçün geniş heyəti müəyyənləşib.

“Report”un məlumatına görə, baş məşqçi Şenol Güneş 30 oyunçuya dəvət göndərib.

Təlim-məşq toplanışı mayın 18-də start götürəcək. Baş məşqçi iyunun 1-dək 26 futbolçudan ibarət yekun heyəti açıqlamalıdır.

Qapıçılar: Mert Günok (“Başakşehir”), Uğurcan Çakır (“Trabzonspor”), Altay Bayındır (“Fənərbağça”), Gökhan Akkan (“Rizespor”)

Müdafiəçilər: Zeki Çelik (“Lill”, Fransa), Kaan Ayhan, Mert Müldür (hər ikisi “Sassuolo”, İtaliya), Merih Demiral (“Yuventus”, İtaliya), Ozan Kabak (“Liverpul”, İngiltərə), Çağlar Söyüncü (“Lester”, İngiltərə), Umut Meraş (“La Havre”, Fransa) Rıdvan Yılmaz (“Beşiktaş”)

Yarımmüdafiəçilər: Mahmut Tekdemir (“Başakşehir”), Okay Yokuşlu (“Vest Bromviç” İngiltərə), Taylan Antalyalı (“Qalatasaray”), Dorukhan Toköz (“Beşiktaş”), Ozan Tufan, İrfan Can Kahveci (hər ikisi “Fənərbağça”), Orkun Kökçü (“Feyenord” Niderland), Yusuf Yazıcı (“Lill”, Fransa), Hakan Çalhanoğlu (“Milan”, İtaliya)

Hücumçular: Cengiz Ünder (“Lester”, İngiltərə), Efecan Karaca (“Alanyaspor”), Halil Akbunar (“Göztepe”), Abdülkadir Ömür (“Trabzonspor”), Kerem Aktürkoğlu, Halil İbrahim Dervişoğlu (hər ikisi “Qalatasaray”) Burak Yılmaz (“Lill”, Fransa), Enes Ünal (“Xetafe”, İspaniya), Kenan Karaman (“Fortuna”, Almaniya),

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Xatırladaq ki, komanda mayın 27-də Alanya şəhərində Azərbaycan seçməsi yoldaşlıq görüşündə üz-üzə gələcək. “Ay-ulduzlular”ın iyunun 3-dəki rəqibi Moldova olacaq. Mayın 31-də Şimali İrlandiya ilə matç ləğv edilib.

ƏvvəlkiAzad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib
NövbətiABŞ hərbçiləri Əfqanıstanı tədricən tərk etməyə başlayıblar