Avqustun 12-də COVID-19 əleyhinə 64 min dozadan çox peyvənd vurulub

Avqustun 12-də Azərbaycanda 64 min 280 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 min 943, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 min 337 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 607 min 591, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 287 min 430, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 320 min 161 nəfər təşkil edir.

ƏvvəlkiPrezident Azərbaycan Milli Olimpiya komandası üzvlərini təltif edib
NövbətiBakıda “Üç Qardaş–2021” beynəlxalq təliminin yekun planlaşdırılması konfransı keçirilir