Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilir

Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Zirvə görüşünü açaraq qonaqları salamladı.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi.

ƏvvəlkiŞavkat Mirziyoyev Özbəkistanda türk gənclərinin Kreativ Yaradıcılıq Mərkəzinin yaradılmasını təklif edib
NövbətiMilli Məclisin dörd komitəsi 2024-cü ilin dövlət büdcəsi layihəsini müzakirə edib