Şavkat Mirziyoyev Özbəkistanda türk gənclərinin Kreativ Yaradıcılıq Mərkəzinin yaradılmasını təklif edib

“Özbəkistanda türk gənclərinin Kreativ Yaradıcılıq Mərkəzinin yaradılmasını təklif edirəm”.

“Report”un Astanaya ezam olunan əməkdaşı xəbər verir ki, bu təıkliflə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çıxış edib.

Dövlət başçısı çıxışı zamanı türkdilli ölkələr arasında logistik marşrutların genişləndirilməsinin vacibliyini vuğulayıb. Onun sözlərinə görə, yükdaşımalar üçün Çin, Cənubi Asiya və Avropaya keçən yolların daha da şaxələndirilməsinə ehtyac var.

Özbəkistan Prezidenti eyni zamanda Türk Dövlətləri Təşkilatının ekologiya məsələlərə də diqqət ayırmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ətraf mühitin qorunması istiqamətində Türk Ekoloji Forumunun fəaliyyətinin genişləndirilməsi zərurəti yaranıb.

Özbəkistan lideri həmçinin türk dövlətlərinin kreativ gəncliyinin gələcəkdə türk dünyasının renessansını quracağına ümidvar olduğunu bildirib və Özbəkitanda türk gənclərinin kreativ yaradıcılıq mərkəzinin yaradılmasını təklif edib.

ƏvvəlkiKasım-Jomart Tokayev Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
NövbətiAstanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilir