Aşqabad Türkmənistan-Azərbaycan-Türkiyə üçtərəfli zirvə görüşünü qəbul etməyə hazır olduğunu bildirib

Aşqabad Türkmənistan-Azərbaycan-Türkiyə üçtərəfli zirvə görüşünü qəbul etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu noyabrın 18-də Türkmənistan parlamentinin yuxarı palatasının sədri Qurbanqulu Berdiməhəmmədov Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşü zamanı deyib.

O bildirib ki, zirvə görüşünə hazırlıq çərçivəsində üç ölkənin xarici işlər, nəqliyyat və energetika nazirlərinin ayrı-ayrı görüşləri keçirilir, eləcə də yüksək səviyyəli görüş zamanı imzalanacaq sənədlər üzərində iş aparılır.

Q.Berdiməhəmmədov həmçinin hazırlıq prosedurlarının tamamlanmaması üçün xarici işlər nazirlərinin görüşünün təşkil olunmasını təklif edib.

Əvvəlki“Qadın sahibkarlara yaşıl işıq” adlı forum keçiriləcək
NövbətiSuriyada beş terrorçu məhv edilib