AŞPA-nın qış sessiyası qarışıq formatda keçiriləcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası gələn il yanvarın 25-dən 28-dək qarışıq formatda keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə AŞPA Mətbuat xidmətinin məlumatında deyilir.

“AŞPA-nın növbəti iclası 25-28 yanvar 2021-ci il tarixlərində hibrid formatda keçiriləcək və bu, onun üzvlərinə məsafədən və ya Strasburqda şəxsən iştirak etmək imkan verəcək”, – məlumatda deyilir.

Qış sessiyası zamanı assambleya sədrini, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hakimləri seçəcək.

“Almaniyanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi çərçivəsində Almaniyanın xarici işlər naziri Hayko Maas assambleyada çıxış edəcək və iştirakçıların suallarını cavablandıracaq. Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç də bəyanatla çıxış edəcək və sualları cavanlandıracaq”, – AŞPA-dan bildiriblər.

Sessiyanın ilkin proqramına əsasən, iştirakçılar COVID-19-a qarşı peyvəndlərin istifadəsi, AŞ-yə üzv ölkələrdə QHT-lərin fəaliyyəti və bir sıra digər məsələləri müzakirə edəcəklər.

Əvvəlki“Human Rights Watch” Ermənistanın Azərbaycanın dinc sakinlərinə və mülki obyektlərinə raket hücumlarına dair hesabat yayıb
NövbətiÖtən gün polis və Daxili Qoşunların hərbi qulluqçuları yaşayış yerlərini tərk edən 27 koronavirus xəstəsini saxlayıblar