“Aşıq Pəri Məclisi” onlayn konsert verdi-“Ustadlarım gəlib gedər, sazım, sözüm əbədidir!”

“Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 24 iyul 2020-ci il tarixdə, saat 21-00-da ,XX-əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayndələrindən biri olan Narınc Xatunun “Ustadlarım gəlib gedər, sazım, sözüm əbədidir!” yubiley tədbirinin hazırlığı mövzusunda şairin 90 illik yubiley təntənəsi qeyd edilib.

Onlayın yubiley tədbirini “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri Pərvanə Zəngəzurlu və bədii rəhbəri Güllü Eldar Tomarlı aparıb.

Şəhidlərimizin ruhunun yad edilməsi ilə başalayan konsertdə tanınmış şeir,söz-saz ustaları Cəvahir Qaraqızı.Aişə Səyyadqızı, Aidə Gülzar, İnci Şirvanlı,Nazənin Lerikli,Səbinə Gədəbəyli, Kəmalə Musazadə,Kəmalə Məhiyəddinqızı, Pərvanə Zəngəzurlu və Güllü Eldar Tomarlının ifasında milli ruhu yüksəldən şeirlər deyilib, mahnılar oxunub və musiqi səsləndirlib.

3 saata yaxın davam edən yubiley tədbirini sosial şəbəkələr üzərindən on minlərlə tamaşaçı izləyib.

“Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi onlayın yubiley konsertinə dəstək verən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə öz təşəkkürünü bildirib.

ƏvvəlkiAtəşkəs rejimi 45 dəfə pozulub
NövbətiAtəşkəs rejimi 45 dəfə pozulub