ashiqperi.az saytının təqdimat mərasimi keçirildi

Bu gün (25.05.2022) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin həyata keçirdiyi “44 günlük Vətən Müharibəsi Tariximizin Zəfər Səlnaməsidir” layihəsi çərçivəsində hazırlanan ashiqperi.az saytının təqdimat mərasimi keçirildi.

Tədbiri “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri, “44 günlük Vətən Müharibəsi Tariximizin Zəfər Səlnaməsidir” layihəsinin rəhbəri Pərvanə Mustafayeva açaraq bildirib ki, həyata keçirdikləri layihə çərçivəsində hazırlanan saytda təşkilatın fəaliyyəti ilə yanaşı milli-mənəvi dəyərlərimizi, xüsusilə də aşıq sənətini və 44 günlük vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatları, qazanılan tarixi zəfəri tərənnüm edən əsərlər işıqlandırılacaq. Çalışılacaq ki, bu mövzuda yazan hər bir müəllifin əsərləri sayt vasitəsilə ictimayyətə təqdim edilsin.

Sonra söz tədbir iştirakçılarına verildi. Onlar da sayt və bütövlükdə “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin fəaliyyəti, həyata keçirdikləri layihələr haqqında öz fikirlərinin bildirdilər.

Xadırladaq ki, bu layihə çərçivəsində 44 günlük vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatları, qazanılan tarixi zəfəri tərənnüm edən əsərlərin mükafatlandırılması üçün şeir müsabiqəsi keçrilib. Müsabiqənin tələblərinə uyğun olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutanlara diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq və müsabiqəyə təqdim olunmuş şeirlərdən ibarət kitabın təqdimat mərasimi keçiriləcək.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 9 yoluxma faktı qeydə alınıb
NövbətiSelçuk Bayraktara AzTU-nun fəxri doktroru adı verildi