“ASAN xidmət” əməkdaşları vaksinasiya olunur

Bu gündən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının koronavirus infeksiyasına qarşı vaksinasiyasına başlanılıb.

“Report” xəbər verir ki, peyvəndlənmə 1 saylı “ASAN xidmət” mərkəzində aparılır.

Artıq qurumun 75 əməkdaşı peyvənd olunub.

Qeyd edək ki, qurumun əməkdaşlarının vaksinasiyası könüllü formada həyata keçirilir.

Əvvəlki“Neolit” restoranında toy olub, mərasim aparıcısı koronavirus xəstəsi çıxıb
NövbətiAzərbaycan ilə Qırğızıstan arasında ikitərəfli münasibətlərin genişləndirilməsi üzrə fikir mübadiləsi aparıblar