ARDNF I rübdə büdcə öhdəliyini 44 % az icra edib

Bu ilin I rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə proqnozdan 1 milyard 244 milyon manat və yaxud 44,1 % az – 1 milyard 576 milyon manat vəsait transfert edib.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb vergi-gömrük orqanlarının xətti ilə büdcə daxilolmalarında müşahidə olunan müsbət dinamikadır. Son nəticədə ARDNF büdcə öhdəliyini tam icra etməyib.

ƏvvəlkiICESCO Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə müraciət yayıb
NövbətiKenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri aprelin 26-da açıqlanacaq