Aprelin 30-da Azərbaycanda COVID-19 əleyhinə 4 min dozadan çox vaksin vurulub

Aprelin 30-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 min 92 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 415, ikinci doza vaksinlərin sayı – 418, üç və daha çox doza vaksinlərin sayı – 2 min 947, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 312-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 649 min 741, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 340 min 53, ikinci mərhələ üzrə 4 milyon 840 min 220, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 229 min 389, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 240 min 79-dur.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 4 yoluxma faktı qeydə alınıb
NövbətiUkrayna hərbçiləri Xarkovun bir sıra yaşayış məntəqələrini azad edib