Aprelin 11-də Azərbaycanda COVID-19 infeksiyasına 56 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 56 yoluxma faktı qeydə alınıb, 85 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 830 min 423 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 755 nəfər müalicə olunaraq sağalıb, 10 min 198 nəfər vəfat edib. Aktiv xəstə sayı 470 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1463, bu günə qədər isə ümumilikdə 7 milyon 570 min 522 test icra olunub.

ƏvvəlkiPrezident Naxçıvandakı səlahiyyətli nümayəndəsinə müavin təyin edib
NövbətiYevlaxda yataqxanada yanğın olub