Ankarada Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar qardaş Türkiyədə silsilə tədbirlər keçirilir.

AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Ümummilli Liderimizin əziz xatirəsi Ankaradakı Heydər Əliyev Parkında ehtiramla yad edilib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və diplomatik nümayəndəliyimizin kollektivi, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Yeni Azərbaycan Partiyasından Milli Məclisin deputatı Hikmət Babaoğlu, Ədalət və İnkişaf Partiyasının (Ak Parti) beynəlxalq əlaqələr departamentinin sədr müavini Mehmet Ceylan, hərbi qulluqçular, kursantlar, yerli ictimaiyyətin nümayəndələri və digər rəsmi şəxslər Heydər Əliyev Parkında Ümummilli Liderimizin əziz xatirəsinə böyük ehtiram göstəriblər.

Ulu Öndərin abidəsi önünə əklillər qoyulub, tər çiçəklər düzülüb.

Paytaxt Ankara başda olmaqla Türkiyənin bir çox şəhərlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunan tədbirlər davam edəcək.

ƏvvəlkiSülhməramlılar əraziyə zirehli hərbi texnika gətiriblər – Aksiya davam edir
NövbətiPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər