Aİ 2023-cü il üçün Ukraynaya 18 milyard avroluq dəstək paketi təklif edib

“2023-cü il üçün Ukraynaya 18 milyard avroluq dəstək paketi təklif edirik”.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviterdə yazıb.

O bildirib ki, Aİ Ukrayna ilə həmrəyliyini davam etdirir.

“Avropa İttifaqına üzvlük yolunda irəliləyən Ukraynanın yenidən qurulması üçün zəmin hazırlayırıq”, – Ursula fon der Lyayen söyləyib.

ƏvvəlkiUEFA Konfrans Liqası: “Qarabağ”ın “Gent”ə qarşı keçirəcəyi oyunların başlama saatı müəyyənləşib
NövbətiMilli Məclisin sədrinə Zəfər Günü münasibəti ilə təbriklər ünvanlanıb