Ağstafada yanğın olub, xəsarət alan var

Ağstafa rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın olub.

Türk.az-a daxil olan məlumata görə, rayonun Qırılı kəndində ümumi sahəsi 40 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları 30 m2 sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

ƏvvəlkiCavid Qurbanov: “Bəzi mollaların boş-boş danışdığı sözlərə qulaq asmaq olmaz”
NövbətiAzərbaycan nefti bahalaşıb